Veb-proqramlaşdırma və tətbiqi proqramlaşdırma

Veb proqramlaşdırma və tətbiqi proqramlaşdırma

Biz VEB və tətbiqi proqramlaşdırma xidmətlərini təklif edirik ( lisenziya, domen, hostinqlərin satışı).

Qafqaznet MMC-nin xidmətlərindən istifadə edərək siz telekommunikasiyaya çəkilən xərcləri optimallaşdıra, eləcə də server və telekommunikasiya avadanlığının təhlükəsiz və fasiləsiz işini təmin edə bilərsiniz. Sizin əməkdaş və müştəriləriniz istənilən vaxtda keyfiyyətli mobil rabitə və internetə etibarlı giriş əldə edirlər. 


Saytların veb-proqramlaşdırması– özünəməxsus şəkildə düşünmək və ən nadir məhsullar yaratmaq bacarığına ehtiyacı olan yaradıcılıq prosesidir. «Qafqaznet MMC»-də saytların hazırlanması sahəsində əhəmiyyətli təcrübəyə malik peşəkar proqramçılar işləyir. Buna görə də siz həqiqətdə sizin məhsulunuzu satan saytı zəmanətlə əldə edəcəksiniz.

Bizim üstünlüklərimiz
«Qafqaznet MMC»-də proqramçı xidmətlərini sifariş edərək, siz bir sıra üstünlüklər əldə edəcəksiniz: mütəxəssis baş vermiş problemin həllinə vaxtının tələb olunan qədərini sərf edəcək;
• İşin keyfiyyətli yerinə yetirilməsi;
• Təcrübəli proqramçıların xidmətlərinə əlverişli qiymətlər;
• Fərdi yanaşma.

Saytın yaradılması, proqram modullarının işlənib hazırlanması və ya veb-proqramlaşdırma üzrə digər məsələlərin həlli üçün yaxşı proqramçı axtarırsınız? O zaman bizə zəng edin. Biz sizə satışların artmasında əla nəticələr əldə etməyə kömək edəcəyik!

Domen
Domen adı ─ saytınızın internetdəki ünvanıdır. Mütəxəssislərimiz sizə lazım olan domen adını qeydiyyatdan keçirməyə kömək edəcək, bundan əvvəl isə onun azad olduğuna və qeydiyyat qaydalarına uyğun gəldiyinə əmin olacaqlar. Bundan əlavə biz sizə domen adını yeni müddət üçün təkrar qeydiyyatdan keçirməyə və inzibatçı haqqında məlumatları reyestrdə dəyişməyə kömək edəcəyik, eləcə də sizin üçün tam DNS-dəstəyini təmin edəcəyik.

Hostinq
Domen adının qeydiyyatından sonra sayta hostinq lazım olur. Saytı bizim serverdə yerləşdirərək siz onu bütün istifadəçilər üçün açıq edirsiniz. Sizin işiniz şəxsi verilənlərin emalı ilə bağlıdırsa, biz sizə etibarlı müdafiə və tam məxfilik təmin edəcəyik.

Saytınız üçün hansı trafik ölçüsü və disk boşluğu lazım olmasından asılı olaraq, biz sizin müəyyən tələblərinizi nəzərə alan tariflər təklif etməyə hazırıq. Siz istədiyiniz qədər poçt qutuları yarada, bir hostinq hesabında lazımi sayda verilənlər və saytlar yerləşdirə biləcəksiniz.

01.

Keyfiyyət

Əsas məqsədimiz etibarlı partnyor kimi əməkdaşlığı və yüksək səviyyəni təmin etmək üçün keyfiyyətli xidmət göstərməkdir. 

02.

Dürüstlük

Tərəfdaşlarımızla uzunmüddətli işi və davamlı inkişafı təmin etmək üçün bütün fəaliyyətimizi tam dürüstlük prinsipi əsasında həyata keçiririk

03.

İnnovasiyalar

Ən uğurlu nəticələrə nail olmaq üçün biz daim yeni fikirlər axtarışındayıq və bu fikirlərlə tərəfdaşlarımıza innovativ xidmət təklif edirik. 

04.

Loyallıq

Biz müştəriyönümlü siyasət ilə  müştərilərimizə qarşılıqlı etimad, ortaq dəyər və xüsusi diqqət yetirməklə onların loyallığını hər zaman artırırıq.

Nailiyyətlərimiz

Göstərdiyimiz xidmətin səviyyəsini əldə etdiyimiz nailiyyətlərdən görə bilərsiniz.

10+

İldən çox sizlərlə

37

Peşəkar əməkdaş

90+

Müştərilərimiz

165+

Hazır layihələr 

Digər Xidmətlərimiz