Veb-proqramlaşdırma və tətbiqi proqramlaşdırma


Qafqaznet MMC-ninxidmətlərindən istifadə edərək siz telekommunikasiyaya çəkilən xərcləri optimallaşdıra, eləcə də server və telekommunikasiya avadanlığının təhlükəsiz və fasiləsiz işini təmin edə bilərsiniz. Sizin əməkdaş və müştəriləriniz istənilən vaxtda keyfiyyətli mobil rabitə və internetə etibarlı giriş əldə edirlər. Biz VEB və tətbiqi proqramlaşdırma xidmətlərini təklif edirik ( lisenziya, domen, hostinqlərin satışı).

Saytların veb-proqramlaşdırması– özünəməxsus şəkildə düşünmək və ən nadir məhsullar yaratmaq bacarığına ehtiyacı olan yaradıcılıq prosesidir. «Qafqaznet MMC»-də saytların hazırlanması sahəsində əhəmiyyətli təcrübəyə malik peşəkar proqramçılar işləyir. Buna görə də siz həqiqətdə sizin məhsulunuzu satan saytı zəmanətlə əldə edəcəksiniz.

Bizim üstünlüklərimiz
«Qafqaznet MMC»-də proqramçı xidmətlərini sifariş edərək, siz bir sıra üstünlüklər əldə edəcəksiniz: mütəxəssis baş vermiş problemin həllinə vaxtının tələb olunan qədərini sərf edəcək;
• İşin keyfiyyətli yerinə yetirilməsi;
• Təcrübəli proqramçıların xidmətlərinə əlverişli qiymətlər;
• Fərdi yanaşma.

Saytın yaradılması, proqram modullarının işlənib hazırlanması və ya veb-proqramlaşdırma üzrə digər məsələlərin həlli üçün yaxşı proqramçı axtarırsınız? O zaman bizə zəng edin. Biz sizə satışların artmasında əla nəticələr əldə etməyə kömək edəcəyik!

Domen
Domen adı ─ saytınızın internetdəki ünvanıdır. Mütəxəssislərimiz sizə lazım olan domen adını qeydiyyatdan keçirməyə kömək edəcək, bundan əvvəl isə onun azad olduğuna və qeydiyyat qaydalarına uyğun gəldiyinə əmin olacaqlar. Bundan əlavə biz sizə domen adını yeni müddət üçün təkrar qeydiyyatdan keçirməyə və inzibatçı haqqında məlumatları reyestrdə dəyişməyə kömək edəcəyik, eləcə də sizin üçün tam DNS-dəstəyini təmin edəcəyik.

Hostinq
Domen adının qeydiyyatından sonra sayta hostinq lazım olur. Saytı bizim serverdə yerləşdirərək siz onu bütün istifadəçilər üçün açıq edirsiniz. Sizin işiniz şəxsi verilənlərin emalı ilə bağlıdırsa, biz sizə etibarlı müdafiə və tam məxfilik təmin edəcəyik.

Saytınız üçün hansı trafik ölçüsü və disk boşluğu lazım olmasından asılı olaraq, biz sizin müəyyən tələblərinizi nəzərə alan tariflər təklif etməyə hazırıq. Siz istədiyiniz qədər poçt qutuları yarada, bir hostinq hesabında lazımi sayda verilənlər və saytlar yerləşdirə biləcəksiniz.

92

Müştərilər

165

Layihələr

37

Ştat

Bizimlə əlaqə

Ünvan:

Baki ş., Şəfayət Mehdiyev 133A

Əlaqə nömrəsi

(+994) 12 310 07 07

E-Mail

office@qafqaz.net

Bizə məktub göndərin