İnfrastruktur və kommunikasiya xətlərinin çəkilişi


Şəbəkələrin layihələndirilməsi və qurulması.
Hər bir müasir binanın keyfiyyətli telekommunikasiya bünövrəsinə ehtiyacı var. Rabitə şəbəkələrinin layihələndirilməsi və yaradılması üzrə çoxillik təcrübəyə malik olaraq, «Qafqaznet MMC» mütəxəssisləri sizin üçün istənilən mürəkkəblikdə layihə həyata keçirməyə hazırdırlar - layihə sənədlərinin hazırlanmasındanbinanın müasir strukturlaşdırılmış kabel sistemi və rabitə şəbəkəsi ilə tam təchizatına qədər.
Layihələndirmə mərhələsində biz iş həcminin qiymətləndirməsini aparırıq, müəyyən tapşırıq üçün hansı avadanlığın istifadə edilməli olduğunu və bunun neçəyə başa gələcəyini hesablayırıq, layihənin həyata keçirilməsi üçün tələb olunan bütün razılaşdırmaları alırıq. Həmçinin biz şəbəkələrin qurulması, avadanlığın təchizatı və onun sazlanması, istənilən səviyyəli şəbəkələrin – həm kabel infrastrukturu, həm də istənilən mürəkkəblikdə rabitə şəbəkələrinin texniki xidməti üzrə işləri yerinə yetiririk.

Optik lif
Müasir zamanda yüksək sürətli və keyfiyyətli internet dəbdəbə deyil, ən zəruri tələbatdır. Bu, həm ayrı-ayrı şəxslərə, həm də müasir bazar şəraitində işləyən işgüzar strukturlara aiddir. Hal-hazırda şəbəkəyə girişin təşkilinin ən səmərəli həllərindən biri optik lifdən olan kabel vasitəsilə işləyən optik lifli şəbəkədir.
Optik lifli internet — rabitənin keyfiyyətinin yeni səviyyəsi

«Qafqaznet MMC» ən keyfiyyətli və etibarlı optik lif rabitəsinin təmin edilməsi üçün internetə qoşulmanı təqdim edir. Bu zaman biz şəbəkələrin formalaşdırılması üçün bir neçə texnoloji və memarlıq həll variantlarını təklif edirik.
Optik lifli internetrabitəsinin əsas üstünlükləri

İnternetin optik lifli kabel vasitəsilə qoşulması müştəri üçün bir çox üstünlükləri təmin edir. Optik lifin keyfiyyətli xüsusiyyətləri sayəsində bu cür rabitə kanalları aşağıdakılarla fərqlənir:

• Uzunömürlülük və müstəsna keçiricilik qabiliyyəti;
• Birləşmənin qüsursuz keyfiyyəti və təhlükəsizliyi — şəbəkəyə icazəsiz müdaxilə praktiki olaraq tam istisna olunur;
• Aşağı səviyyəli səs və xətdə nasazlıqlara qarşı əla müdafiə;
• Verilənlərin, o cümlədən audio və videoməlumatın yüksək ötürülmə sürəti;
• Sistemin əlavə xidmətlər, o cümlədən telefon infrastrukturu, video-müşahidə şəbəkəsi və mühafizə qurğularınıntəşkili üçün açıq olması.

Kabelin çəkilməsində kanalların uzunluğu üzrə heç bir məhdudiyyət olmadığından, optik lifli internet hətta məsafə baxımından uzaqda olan obyektlərlə belə birləşməni həyata keçirməyə imkan verir.

92

Müştərilər

165

Layihələr

37

Ştat

Bizimlə əlaqə

Ünvan:

Baki ş., Şəfayət Mehdiyev 133A

Əlaqə nömrəsi

(+994) 12 310 07 07

E-Mail

office@qafqaz.net

Bizə məktub göndərin