Rabitə və TV xidməti


1. Rabitə və TV xidməti
1.1 Rabitə
Ofisinizin müasir rabitə vasitələri ilə təmin edilməsi bizim əsas vəzifəmizdir. «Qafqaznet MMC» şirkətinin imkanlarıqoşulma zamanı ən yeni texnologiya və servislərdən istifadə etməyə imkan verir. Bunun üçün zəruri avadanlıq həm icarəyə verilə bilər, həm də satıla bilər. Müştərimiz olaraq siz hər zaman fərdi tarifikasiya şərtləri və sutka ərzində daimi yardım və dəstəyə güvənə bilərsiniz.
1. IP-telefoniya ─internet üzərindən zəng etmək imkanıdır. Rabitənin bu növü şəhər, beynəlxalq, şəhərlərarası və mobil şəbəkəyə çıxış daxil olmaqla, bütün növ telefoniyalara çıxışı təmin edir. Zərurət olarsa, onları çoxkanallı etmək olar. Bir qayda olaraq, qoşulma üç gündən artıq çəkmir, rabitənin keyfiyyəti isə adi telefon şəbəkəsi ilə olan rabitədən heç də pis deyil. Digər şəhər və ölkələrə zənglərdə əhəmiyyətli qənaətdən başqa, IP-telefoniya, internetxidmətləritelefoniyaya inteqrasiya etməyə imkan verərək sizin üçün prinsip etibarilə yeni imkanlar açır. Bunlar eyni zamanda mətn şəklində məlumatlar göndərmək imkanı ilə videozənglər; pulsuz ünvanlandırma, audiokonfrans, avtomatik zəng və nömrənin müəyyən olunması; abonentin zəng üçün əlçatan olmasıdır;

2. TV
Rəqəmsal yayım şəbəkələrinin təşkili üçün TV-proqramların dörd məlum yayım (qəbul) üsulu (növü) istifadə olunur: efir, kabel, IPTV və birbaşa peyk yayımı (СНВ).
Efir analoq və ya rəqəmsal (DVB-T/T2)qəbulu analoq və ya rəqəmsal TV-kanalların yerüstü təkrar yayım məntəqəsindən televiziya siqnalının qəbul edilməsi üçün avadanlığı olan ev sahibləri həyata keçirir.

Birbaşa peyk qəbulunu (DVB-S/S2) TV-kanalların birbaşa fərdi və ya kollektiv qəbulu üçün avadanlığı olan ev sahibləri həyata keçirir. Kollektiv istifadə üçün peyk antenası (SMATV) bir neçə ailə tərəfindən birlikdə istifadə olunan müvafiq avadanlıqla kollektiv peyk antenası deməkdir. Kabel qəbulunu (DVB-C) peyklər üzərindən ötürülən və kabel şəbəkələri üzrə yayılan TV-kanallarını qəbul edən ev sahibləri həyata keçirir. IPTV-qəbulunu TV-kanalların İnternet üzərindən qəbulu üçün avadanlıqla təchiz edilmiş ev sahibləri həyata keçirir.

Efir-kabelTV
Müasir televiziya çoxdandır ki, şəxsi istifadə çərçivəsindən kənara çıxıb. İndi bu, xüsusilə xidmətlər sahəsində tələbat duyulan təsirli biznes alətidir. Restoranlar, gözəllik salonları, ticarət və işgüzar mərkəzlər, fitnes-klublar və insanların çox istifadə etdiyi bir çox digər yerlər rəqəmsal TV-nin ortaya çıxması ilə daha da canlanır. Müştərilərinizə nə göstərmək istədiyinizə siz özünüz qərar verirsiniz: tanınmış dünya kanalları, öz xidmətləriniz barədə məlumat rolikləri və hətta digər şirkətlərin reklamı.

2.1 IP-TV
«Qafqaznet MMC» IP TV xidmətini təklif edir. Xidmət Sizə sevimli telekanallarınıza HD keyfiyyəti ilə baxmaq imkanı təqdim edir. Bütün televiziya verilişlərinə həm onlayn rejimdə, həm də yazıda baxmaq olar. «İnteraktiv IPTV» xidməti ilə Siz efiri pauzaya qoya və ya geri çevirəbilərsiniz. Artıq siz filmdə və ya idman verilişinin yayımında heç bir anı buraxmayacaqsınız.

3. Radiotezliklərin icarəsi
Şirkətimiz peşəkar radiostansiyaların həm qısamüddətli, həm də uzunmüddətli icarəsi üzrə xidmətlər təklif edir. Bizim bütün radio stansiyalarımız ümumi qəbul edilmiş qaydada qeydiyyatdan keçirilmiş və radiotezliklərin istifadəsinə icazə verən bütün sənədlərlə təmin edilmişdir. Müxtəlif tədbirlərin keçirilməsi zamanı istifadə olunan avadanlıq üzrə ondan çox həll mövcuddur. Tədbirdən, obyekt tipindən və rabitənin hansı məsafələrdə təmin olunmasındanasılı olaraq, radiostansiyaların müəyyən tipi, eləcə də onlar üçün aksessuarlar seçilir. Şirkətimizaşağıdakılara zəmanət verir və təmin edir: icarə olunan radiostansiyalara qarşı iddiasızlıq, həm mühitə, həm də istismar şərtlərinə davamlılıq. Radiostansiyaları sutka boyu gücləndirilmiş istifadəyə hesablanmış rütubətə davamlı və zərbəyə davamlı növdə təklif edirik.

92

Müştərilər

165

Layihələr

37

Ştat

Bizimlə əlaqə

Ünvan:

Baki ş., Şəfayət Mehdiyev 133A

Əlaqə nömrəsi

(+994) 12 310 07 07

E-Mail

office@qafqaz.net

Bizə məktub göndərin