İnternet və data xidmətləri


Qafqaznet MMC yüksək sürətli internet qoşulması, intranetin təşkili, şirkətdaxiliinternet, data mərkəzi xidmətini təklif edir.

1. İnternet
Qafqaznet MMC ölkənin bir çox ucqar yerlərində yüksək sürətli internet şəbəkələrinə qoşulma xidmətləri göstərir. Yüksəkixtisaslı mütəxəssislər komandası hər bir müştəri üçün fərdi olaraq internetə girişin təşkilinin optimal sxemini işləyib hazırlayır.
Şəbəkəyə daimi qoşulma 10 Gbit/s-yə qədər istənilən sürətlə təşkil oluna bilər. Yüksək sürətli girişin təşkili üçün şirkət müxtəlif texnologiyalardan istifadə edir. Müştərilər hal-hazırda telekommunikasiya bazarında mövcud olan əlavə internet-xidmətlərin geniş spektrindən istifadə edə bilərlər.

2. İntranet
Qafqaznet MMCfiliallar, əməkdaşlar və s. arasında rahat ünsiyyət üçün şirkətdaxili portalın təşkili xidmətini təklif edir.
İntranetsaytlarının əsas məqsədi – korporativ məlumatın bütün elementlərini birləşdirmək və sıravi əməkdaşın onunla işini sadələşdirməkdir. İntranetə giriş adətən veb-brauzer vasitəsilə həyata keçirilir ki, bu da intranet sistemlərini sadə və əlverişli edir.

3. Datamərkəzi
Datamərkəzi xidmətləri rabitənin keyfiyyətini və etibarlılığını dəfələrlə artırmağa imkan verir. Şəhər və dünyanın müxtəlif nöqtələrində yerləşmiş verilənlərin emalı mərkəzləri verilənlərin ötürülməsi sürətini xeyli artıra bilər.
«Avadanlığın yerləşdirilməsi» xidmətinə datamərkəzində telekommunikasiya dayaqlarında server avadanlığının montajı, elektrik enerji təminatı, iqlimə nəzarət və internet şəbəkəsinə qoşulma daxildir.

92

Müştərilər

165

Layihələr

37

Ştat

Bizimlə əlaqə

Ünvan:

Baki ş., Şəfayət Mehdiyev 133A

Əlaqə nömrəsi

(+994) 12 310 07 07

E-Mail

office@qafqaz.net

Bizə məktub göndərin